Matviyenko: “Savçenkonun dəyişdirilməsi ilə bağlı siyasi iradə mövcuddur”

Matviyenko: “Savçenkonun dəyişdirilməsi ilə bağlı siyasi iradə mövcuddur”
# 20 aprel 2016 14:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Nadejda Savçenkonun Ukraynada saxlanılan Rusiya vətəndaşlarına mümkün dəyişdirilməsi ilə bağlı Rusiyanın siyasi iradəsi var”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

V. Matviyenko bildirib ki, hazırda məsələnin hüquqi formulu ilə bağlı müzakirələr aparılır.

“Fikrimcə, vətəndaşlarımızın həyatını xilas etmək üçün mümkün vasitələrdən istifadə etmək lazımdır. Bunun üçün hər iki tərəfdən siyasi iradə olmalıdır. Bizim tərəfimizdən belə siyasi iradə mövcuddur”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR