Bakı. Türbət Bağırova-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun direktoru Maykl Corc Link Azərbaycanın Leyla və Arif Yunusların ölkə xaricinə çıxmaq qadağasını qaldırmaqla bağlı qərarını alqışlayıb.
APA-nın xəbərinə görə, M. Link bu addımın Azərbaycan hakimiyyəti tərəfindən humanitar jest olduğunu bildirib: “Mən bunu həmçinin digər insan haqları müdafiəçilərinin azad hərəkətinə olan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış müsbət addım kimi qiymətləndirirəm”.
Qeyd edək ki, Leyla və Arif Yunuslar Ali Məhkəmənin çıxardığı qərar əsasında Azərbaycanı tərk ediblər.