Bakının mərkəzindəki barlardan birində dava düşüb, xəsarət alan var

Bakının mərkəzindəki barlardan birində dava düşüb, xəsarət alan var
# 12 may 2016 08:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda barda dava olub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Puşkin küçəsi 2 ünvanında yerləşən barda qeydə alınıb. Barın işçiləri ilə müştərilər arasında düşən mübahisə sonunda davaya səbəb olub. Nəticədə barın işçiləri müştərilərdən biri, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Vəzir oğlu Qəhrəmanovu döyərək ona ağır bədən xəsarətləri yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR