Bakının daha bir küçəsində təmir işləri başa çatıb

Bakının daha bir küçəsində təmir işləri başa çatıb
# 12 may 2016 13:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Xətai rayonunun uzunluğu 1 km, ortalama eni isə 15 metr olan Sadıqcan küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınıb, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənib. Ümumilikdə küçənin 15 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min p/m yeni səki daşı düzülüb.

“Əvvəllər yolun hərəkət hissəsi sıradan çıxdığı üçün nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Üstəlik vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri də demək olar ki, yox vəziyyətində idi. Təmirdən sonra bu problemlər tam olaraq aradan qaldırılıb”, - deyə məlumatda vurğulanıb.

Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Nəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR