Azərbaycan günəş enerjisi istehsalı bir ildə 22 dəfəyədək artıb

Azərbaycan günəş enerjisi istehsalı bir ildə 22 dəfəyədək artıb
# 21 may 2016 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 630,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 6,2%-lik azalma müşahidə olunması deməkdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,6% azalaraq 72,0 mln. manat təşkil edib.

Bu ilin 4 ayında Azərbaycanda 7 691,8 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 7,7% azdır. Bunun 7 351,3 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.

Bunun 575,2 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 38,2% çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 5,8 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 2,1 dəfə çoxdur.

Bu müddətdə ölkədə 15,2 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 21,6 dəfə çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 6 755,1 kVt/saat istilik elektrik stansiyalarının enerjisi istehsal olunub ki, bu ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 10,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR