Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Aprel

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Aprel
# 13 aprel 2016 18:05 (UTC +04:00)

YORUM...

Yaşadığımız həftənin son 4 günündə neft xəbərlərinin gündəmi zəbt edəcəyini indidən söyləmək olar. Məsələ Dohada keçiriləcək OPEK və kartelə üzv olmayan ölkələrin neftin taleyi ilə bağlı verəcəyi qərarla əlaqədardır.

Bu ərəfədə isə Rusiya və Səudiyyə Ərəbistanı arasında bu gün hasilatın dondurulacağı ilə bağlı razılaşmanın əldə olunması, sonra isə bunun təkzib edilməsi tipli xəbərləri çox eşidəcəyik. Bu ərəfəni əslində neft ölkələrinin bir tərəfin digərinə kəşfiyyat üçün ayırdığı zaman kəsiyi də adlandırmaq olar. Məsələn, Səudiyyə və İranın adlarını bu məqamda xüsusi qeyd etmək lazımdır.

İranın "qara qızıl"ın hasilatını azaltmayacağı adı çəkilən ölkənin rəsmiləri tərəfindən dəfələrlə səslənib. Tehran bunun səbəblərini illərdir bazarda itirdiyi mövqeyini bərpa etmək planları ilə açıq izah edir. Ər-Riyadın İranın bu israrı qarşısında neftin hasilatın dondurulmasına "hə" deyəcəyini düşünmək isə ağlabatan deyil. Çünki belə olan təqdirdə, İran ən azı Avropada krallığın bazarını, necə deyərlər, əlindən ala bilər. Məhz buna görə də Doha danışıqlarında neft hasilatının dondurulacağı ilə bağlı qərara gəlinəcəyi mümkünsüz görünür. Bir sözlə, böyük manipulyasiya gününə az qalır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR