Hillari Klinton lkin seçkidə 4 ştatda qalib gəlib - YENİLƏNİB

Hillari Klinton lkin seçkidə 4 ştatda qalib gəlib  - <span style="color: red;">YENİLƏNİB
# 27 aprel 2016 05:57 (UTC +04:00)

Bakı-APA. ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, növbəti praymerizlər ötən gün ölkənin 5 ştatında - Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilib.

Keçirilən praymerizlərdə demokratlardan Hillari Klintonun 4 ştatda – Delaver, Pensilvaniya, Merilend və Konnektikutda qələbəsi artıq təsdiqlənib.

Demokratların düşərgəsindən digər namizəd Berni Sanders Rod Aylenddə qələbə qazanıb.

Xəbər verildiyi kimi, praymerizlərdə respublikaçılardan Donald Tramp qeyd olunan 5 ştatın hamısında qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR