“Formula-1”in prezidenti: “Bakının hazırlığından razıyam”

“Formula-1”in prezidenti: “Bakının hazırlığından razıyam”
# 27 aprel 2016 13:53 (UTC +04:00)

Bakı – APA. “Bakının Avropa Qran-prisinə hazırlığından müəyyən mənada razıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Formula-1”in prezidenti Berni Ekklstoun deyib.

86 yaşlı böyük britaniyalı iyunun 17-19-da Bakıda keçiriləcək Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ilk dəfə “Formula-1”in mərhələ yarışına ev sahibliyi edəcək Azərbaycan buna məsuliyyətlə hazırlaşır: “Orada çalışan insanlar xoşuma gəlir. Onlar çox həssasdılar və lazım olan hər şeyi edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR