Nazir Şahin Mustafayev İrana səfər edəcək

Nazir Şahin Mustafayev İrana səfər edəcək
# 25 may 2016 15:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair müzakirələr aparılacaq,

Azərbaycan nümayəndə heyəti Şimal-Cənub dəhlizinin bir hissəsi olan və hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxış keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR