Rusiya vətəndaşının Azərbaycanda "qul" kimi işlədilməsinə görə cinayət işi açılıb

Rusiya vətəndaşının Azərbaycanda "qul" kimi işlədilməsinə görə cinayət işi açılıb
# 06 may 2016 09:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiya vətəndaşının Azərbaycanda azadlığının məhdudlaşdırılması faktı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR