Bakıda avtomobil yoldan keçən şəxsi vuraraq öldürüb

Bakıda avtomobil yoldan keçən şəxsi vuraraq öldürüb
# 08 avqust 2016 11:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobil yoldan keçən şəxsi vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 7-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini Elvin Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nizami Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.


Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR