Rusiya baş nazirinin müavini: “İki ölkə arasında münasibətlər yüksək səviyyədədir”

Rusiya baş nazirinin müavini: “İki ölkə arasında münasibətlər yüksək səviyyədədir”
# 29 sentyabr 2016 08:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan və Rusiya prezidentlərinə təşəkkür edirəm. Azərbaycan və Rusiya arasında 90-dan artıq sənəd imzalanıb. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlərin yüksək səviyyədə olmasında şəxsi əlaqələr də böyük rol oynayır”.


APA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib. O bildirib ki, Azərbaycan və Rusiya rəsmiləri arasında şəxsi əlaqələr yüksək səviyyədədir: “Biz bu münasibətləri gənc nəslə ötürməliyik. Xalqlarımız arasında qarşılıqlı anlaşma üçün bu, vacibdir. Dünyada insanların, xalqların mehriban yaşaması, elm və mədəniyyətin inkişafı üçün belə müzakirələr vacibdir. Mən Azərbaycana çiçəklənmə arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR