Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb

Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb
# 29 fevral 2016 09:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildən oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, yanvarın 18-də M.Cəlal küçəsində yaşayan Dilbər Mustafayevanın evindən 15 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri - 1992-ci il təvəllüdlü Tural Haqverdiyev və 1995-ci il təvəllüdlü Fidan Haqverdiyeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR