Tiflisdə kişi minaya düşüb

Tiflisdə kişi minaya düşüb
# 01 may 2016 04:33 (UTC +04:00)

Bakı-APA. Tiflisin Zaqes rayonunda kişi minaya düşüb. APA-nın “Georgia Online”-a istinadən verdiyi xəbərə görə, hadisə iki gün əvvəl qeydə alınıb. İnsident şəhər sakininin keçmiş hərbi hissənin ərazisindəki torpaq sahəsində çalışarkən baş verib.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

İnsidentlə əlaqədar cinayət işi başlanıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR