ABŞ Dövlət Departamenti: Con Kerri İran XİN rəhbəri ilə görüşəcək

ABŞ Dövlət Departamenti: Con Kerri İran XİN rəhbəri ilə görüşəcək
# 18 aprel 2016 21:03 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri aprelin 19-da Nyu-Yorkda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Söhbət zamanı tərəflər İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının yerinə yetirilməsini, regiondakı vəziyyəti və Suriyada münaqişənin siyasi yolla həllini müzakirə edəcəklər”, deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, M.Zərif lə danışıqlardan sonra C.Kerrinin Qahirəyə və Ər-Riyada səfəri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR