Bakıda 70 yaşlı kişi intihar edib

Bakıda 70 yaşlı kişi intihar edib
# 21 aprel 2016 08:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 70 yaşlı Akif Abdulla oğlu Ağacanov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR