Bakı sakinindən yarım kiloqram narkotik götürülüb

Bakı sakinindən yarım kiloqram narkotik götürülüb
# 25 aprel 2016 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əhmədovdan 515 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR