Hindistanda silahlılar polisləri atəşə tutublar, azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb

Hindistanda silahlılar polisləri atəşə tutublar, azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb
# 25 iyun 2016 17:30 (UTC +04:00)

Bakı-APA. Hindistanın Cammu və Kəşmir ştatında polis konvoyu silahlıların hücumuna məruz qalıb, nəticədə azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Məlumata görə, silahlılar poliqondan qayıdan polis konvoyuna hücum ediblər. Atışma zamanı 2 silahlı məhv edilib.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR