Qahirədə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub

Qahirədə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub
# 08 may 2016 03:47 (UTC +04:00)

Bakı-APA. Qahirənin ətrafında xidməti avtomobilə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Heluanə rayonunda şəhər xəstəxanasının yaxınlığında baş verib. Naməlum şəxslər avtomobili saxlayaraq polis maşınını gülləbaran ediblər.

Hadisənin şahidləri silahlılara məxsus avtomobilin üzərində İŞİD terror qruplaşmasının nişanı olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR