Rusiyanı “Eurovision-2016”da Sergey Lazarev təmsil edəcək

Rusiyanı “Eurovision-2016”da Sergey Lazarev təmsil edəcək
# 11 dekabr 2015 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Eurovision-2016” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək müğənninin adı məlum olub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yarışmada Rusiyanı Sergey Lazarev təmsil edəcək.

Bu barədə “Rusiya milli musiqi mükafatı”nın təqdimatında bildirilib.

Qeyd edək ki, 33 yaşlı S. Lazarev Rusiyada “İlin müğənnisi” seçilib. O bildirib ki, “Eurovision-2016”da təmsilçiliklə bağlı qərar Ümumrusiya musiqi redaksiyası tərəfindən verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR