Balakəndə ər-arvad dəm qazından zəhərlənib

Balakəndə ər-arvad dəm qazından zəhərlənib
# 14 dekabr 2015 20:52 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə ər-arvad dəm qazından zəhərlənib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 14-ü axşam saat 21 radələrində rayonun Mahmalar kənd sakinləri, 1966-cı il təvəllüdlü Vahid Əsildar oğlu Taşov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Maya Qədisəddin qızı Taşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin həyətyanı sahəsində tikilmiş hamamda dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR