Nazir müavini: "İslam İnkişaf Bankı İslam bankçılığının tətbiqi ilə bağlı Azərbaycana texniki yardım göstərəcək"

Nazir müavini: "İslam İnkişaf Bankı İslam bankçılığının tətbiqi ilə bağlı Azərbaycana texniki yardım göstərəcək"
# 25 fevral 2016 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan İslam İnkişaf Bankı ilə İslam bankçılığı alətlərinin ölkəmizdə tətbiq olunmasını müzakirə edib. "APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, İslam İnkişaf Bankı Azərbaycan bankları tərəfindən İslam bankçılığının müəyyən alətlərinin tətbiqi ilə bağlı texniki yardım göstərəcək: "Artıq layihənin ümumi parametrləri nəzərə alınıb. Düşünürük ki, İslam İnkişaf Bankı və bu sahədə təcrübəsi olan mütəxəssisləri cəlb etməklə, onun Azərbaycanda prinsiplərini, tətbiqetmə imkanlarını araşdıraraq bu istiqamətində addımlar ata bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR