Martda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin həcmi açıqlanıb

Martda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin həcmi açıqlanıb
# 04 aprel 2016 09:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 554 sığorta tələbi üzrə 2 mln. manat məbləğdə sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin mart ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 230 manat təşkil edib.



2015-ci ilin mart ayı ilə müqayisədə informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayında 9,7%, sığorta ödənişlərinin məbləğində isə 21,7% artım müşahidə edilib.

Ümumilikdə 2016-cı ilin yanvar-mart ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 4 535 sığorta tələbi üzrə 5,8 mln. manat məbləğdə sığorta ödənişi həyata keçirilib.

Martda İSB tərəfindən 21 kompensasiya tələbi üzrə 80 200 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Ümumilikdə 2016-cı ilin birinci rübü ərzində İcbari Sığorta Bürosu tərəfindən 39 kompensasiya tələbi üzrə 144 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR