Tərtərdə ermənilərin yaşayış məntəqəsinə mərmi atması nəticəsində xəsarət alan qadın əməliyyat olunub

Tərtərdə ermənilərin yaşayış məntəqəsinə mərmi atması nəticəsində xəsarət alan qadın əməliyyat olunub
# 04 aprel 2016 15:17 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı - APA. Ermənilərin Tərtər rayonunun yaşayış məntəqəsinə mərmi atması nəticəsində xəsarət alan qadın əməliyyat olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Düyərli kənd sakini Mehparə Əliyeva şok vəziyyətindən çıxarılıb, cərrahiyyə əməliyyatı nəticəsində bədəni qəlpələrdən təmizlənib.

M. Əliyeva 3 uşağı ilə evdə olan zaman səsə bayıra çıxdığını, bu zaman qonşu həyətdə partlayan mərmi qəlpələrinin ona dəydiyini deyib: “Sadəcə, güclü səs və yıxıldığım an yadımdadır. Ondan sonra tərpənə bilmədim”.

Ermənilərin atdığı mərmilərdən biri kənd sakini Etibar Quliyevin həyətinə düşüb, ailə üzvləri evdə olduğundan xəsarət alan olmayıb.

Bu gün Ağdamın Üçoğlan və Xındırıstan kəndlərində də yaşayış sahələrinə mərmilər düşdüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR