Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçiriləcək
# 15 mart 2016 10:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı 2016-cı ilin 24-25 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək.

Əmrlə Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilib.

Ali təhsil müəssisələrinin rektorlarına doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2016-cı il 11 aprel tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət təhsil nazirin müavini Ceyhun Bayramova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR