Goranboyda avtomobil piyadanı vurub

Goranboyda avtomobil piyadanı vurub
# 07 sentyabr 2016 09:08 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakini, 1985-ci il təvəllüdlü Tural Rüstəmov qonşusunun idarə etdiyi avtomobil tərəfindən vurulub. Xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR