Qazaxda minik avtomobili yanıb

Qazaxda minik avtomobili yanıb
# 10 sentyabr 2016 01:03 (UTC +04:00)

Bakı-APA. Qazaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Canalı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR