MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərlə əlaqədar Təqvim Planını təsdiq edəcək

MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərlə əlaqədar Təqvim Planını təsdiq edəcək
# 15 aprel 2016 15:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Aprelin 16-da 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.


APA-nın məlumatına görə, iclasda 90 saylı Ağdaş seçki dairəsində seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planının müzakirə və təsdiq olunması, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə seçki hüququnu pozan hərəkətlərdən, eləcə də hərəkətsizlikdən və qərarlardan verilmiş şikayətlərin araşdırılması üzrə MSK-nın nəzdində Ekspert Qrupunun və namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə İşçi Qrupunun yaradılması barədə məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR