Bakının Nizami rayonunun bəzi küçə və prospektlərinin içməli su təchizatı məhdudlaşdırılır

Bakının Nizami rayonunun bəzi küçə və prospektlərinin içməli su təchizatı məhdudlaşdırılır
# 01 mart 2016 15:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakının Nizami rayonunun bəzi küçə və prospektlərində içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar martın 2-də saat 00:00-dan Nizami rayonu Ə. Vəliyev, İ. Müzəffəroğlu, Özbəkistan, A. Manafov, Ə. Hacıyev, K. Balakişiyev, T. Abbasov, R. Teymurov, M. Şərifli küçələrinə, eləcə də Q. Qarayev və Babək prospektlərinin, Məhsəti, C. Naxçıvanski, B. Çobanzadə, B. Nuriyev, E. Rüstəmov, E. Süleymanov küçələrinin bir hissəsinə 24 saat müddətinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR