Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 08 aprel 2016 09:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Smair Alıyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR