Salyanda orta məktəbin ərazisində köməkçi tikili yanıb

Salyanda orta məktəbin ərazisində köməkçi tikili yanıb
# 28 avqust 2016 17:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Salyan şəhərində orta məktəbin ərazisində yerləşən ümumi sahəsi 56 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR