Qahirədə gecə klubunun yandırılması nəticəsində 18 nəfər ölüb

Qahirədə gecə klubunun yandırılması nəticəsində 18 nəfər ölüb
# 04 dekabr 2015 10:52 (UTC +04:00)

Bakı - APA. Misirin paytaxtı Qahirədə gecə klubunda baş vermiş yanğında 18 nəfər ölüb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin təhlükəsizlik orqanları məlumat yayıb.

Daha əvvəl 12 ölü, 5 yaralının olduğu bildirilirdi.

Xatırladaq ki, naməlum şəxslər içində yandırıcı maddə olan şüşə qablarla Əl Qiza adlanan ərazidəki gecə klubuna hücum ediblər.

İlkin məlumatlara görə, ölən və yaralıların hamısı yerli sakindir.

Hadisə yerində xilasetmə tədbirləri həyata keçirilir.

Təhlükəsizlik orqanlarındakı mənbə insidentə naməlum şəxslərlə klub sahibi arasında mübahisənin səbəb ola biləcəyini iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR