Biləsuvarda avtomobillə vurulan qadın ölüb

Biləsuvarda avtomobillə vurulan qadın ölüb
# 23 avqust 2016 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də saat 06 radələrində Biləsuvar şəhərində şəhər sakini Süleyman Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Ağarəhimovanı vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR