Malidə törədilən partlayış nəticəsində 5 əsgər ölüb, 4-ü yaralanıb

Malidə törədilən partlayış nəticəsində 5 əsgər ölüb, 4-ü yaralanıb
# 28 may 2016 02:18 (UTC +04:00)

Bakı-APA. Malinin şimalında törədilən partlayış nəticəsində 5 əsgər ölüb, 4-ü yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə nazirliyi bildirib.

“Əldəqayırma partlayıcı qurğu hərbçilərin olduğu maşın keçərkən işə salınıb. Nəticədə 5 əsgər ölüb, 4-ü yaralanıb”, məlumatda deyilir.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR