Lənkəranda 8 yaşlı qızı maşın vurub

Lənkəranda 8 yaşlı qızı maşın vurub
# 06 iyun 2016 11:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 8 yaşlı uşağı maşın vurub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 12.30 radələrində şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Rəfail Mirzəli oğlu Rzayevin idarə etdiyi "VAZ-21015" markalı, 90 NG 068 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, şəhər sakini, 2008-ci il təvəllüdlü Zəhra Müşviq qızı Teymurlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və dərhal həkim nəzarətinə götürülüb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR