Hadı Rəcəbli: “Əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”

Hadı Rəcəbli: “Əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”
# 16 sentyabr 2016 11:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.

APA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bununla əlaqədar Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisarın aparılması müzakirəyə çıxarılıb.


Layihəyə əsasən qeyd olunan maddənin göstərilən hissəsində əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanın yoxlayaraq təsdiq edəcəyi siyahıdan “peşə və vəzifələri” sözləri çıxarılır.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, bu ixtisarın aparılmasına səbəb bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir: “Çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı. Bunu ixtisar etməklə artıq əməyin mühafizəsi qaydalarını təsdiq etmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”.

Layihə plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR