Hilları Klinton: “Amerikalılar heç vaxt Trampı prezident seçməzlər”

Hilları Klinton: “Amerikalılar heç vaxt Trampı prezident seçməzlər”
# 05 may 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Amerikalılar heç vaxt Donald Trampı ölkə prezidenti seçməyəcək.

APA-nın məlumatına görə, bunu Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton CNN telekanalına müsahibəsində deyib.

“Tramp təmkinsiz, davakar gənc kimi digər respublikaçıları çaşdıraraq məğlub edib. Onun seçkiqabağı kampaniyası aqressivlik və hikkə ilə doludur. Amerikalılar heç vaxt Trampı prezident seçməzlər. Çünki onun hərəkətlərini əvvəlcədən bilmək mümkün deyil”, deyə H.Klinton qeyd edib.

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR