Lənkəranda 15 yaşlı oğlan bıçaqlanıb

Lənkəranda 15 yaşlı oğlan bıçaqlanıb
# 09 may 2016 20:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, insident axşam saatlarında Xəzər dənizi sahilində qeydə alınıb.


Lənkəran şəhər sakini, 15 yaşlı Yunus Elşad Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.


Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR