Bakıda yol qəzası baş verib, ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb

Bakıda yol qəzası baş verib, ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
# 18 aprel 2016 21:07 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, “Binə” ticarət mərkəzinə gedən yolda qeydə alınıb. Qəza zamanı “Mitsubishi Pajero” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzaya “Mitsubishi Pajero”nun sürücünün qəfildən əyləcdən istifadə etməsi səbəb olub. Arxadan sürətlə gələn və düzgün ara məsafəsi saxlamayan “Mercedes” markalı avtomobil “Mitsubishi”yə arxadan çırpılıb.

Qəza nəticəsində “Mercedes”də olan sərnişinlərdən bir qadın və iki azyaşlı, eləcə də, “Mitsubishi”dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb.

Yol qəzasının kimin səhvi üzündən baş verdiyi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR