TQDK-nin sədri Şamaxıda vətəndaşları qəbul edib

TQDK-nin sədri Şamaxıda vətəndaşları qəbul edib
# 19 fevral 2016 09:57 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Şamaxı şəhərində vətəndaşları qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların təklif və şikayətləri dinlənilib. Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlər müvafiq qaydada yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR