Azərbaycanda yeni növ iynəcələr aşkar olunub

Azərbaycanda yeni növ iynəcələr aşkar olunub
# 13 noyabr 2015 13:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə elmlər doktoru Nataliya Sneqovaya Balakən rayonu və Naxçıvan Muxtar Respublikasında apardığı tədqiqatlar nəticəsində elm üçün yeni 2 növ iynəcə ( Cordulegaster plagionyx Skvortsov & Snegovaya 2015 və C.nachitischevanica Skvortsov & Snegovaya 2015) aşkar edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, bundan başqa, alim tərəfindən aparılan araşdırmalarda Azərbaycan faunası üçün yeni olan 13 növ iynəcə (Lestes dryas, L.sponsa, L.virens, Coenagrion hastulatum, C.lunulatum, C.ornatum, C.pulchellum, Aeshna affinis, Brachytron pratense, Cordulegaster picta, Somatochlora flavomaculata, Sympetrum flaveolum,S.vulgatum) qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR