Azərbaycanda ilan zəhərinin farmakoloji tədqiqi üçün müasir laboratoriya yaradılacaq

Azərbaycanda ilan zəhərinin farmakoloji tədqiqi üçün müasir laboratoriya yaradılacaq
# 11 may 2016 08:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunda herpetologiya sahəsində tədqiqatlar aparılır. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda AMEA Zoologiya İnstitutu Ağsu rayonunda yerləşən Dayaq Məntəqəsində zəhərli ilan növlərinin volyer şəraitində saxlanması və yetişdirilməsi problemlərini öyrənmək üçün təcrübi tədqiqatlara başlayıb. Zoologiya İnstitutunda, həmçinin ilan zəhəri və digər bioloji aktiv substansiyaların biokimyəvi, toksinoloji və farmakoloji tədqiqi üçün müasir laboratoriya yaratmaq da nəzərdə tutulur. Belə bir laboratoriyanın yaranması ilan zəhərinin və digər zootoksinlərin tədqiqinə aid göstərilən perspektivlərin reallaşması mühümdür.

Qeyd olunub ki, Azərbaycanda zəhərli ilanlar və ilan zəhəri ilə bağlı perspektivli və innovativ istiqamətlərdə tədqiqatların aparılması tələb olunur: "Bu tədqiqatlara ölkənin zəhərli ilanlar faunasının müasir sistematikasının və ekoloji vəziyyətinin öyrənilməsi, istehsal məqsədilə zəhərli ilanların süni şəraitdə saxlanması və yetişdirilməsi probleminin həlli istiqamətində elmi-təcrübi tədqiqatların aparılması, zəhərli ilanların təbii resurslarının davamlı istifadəsinə nail olmaq üçün innovativ texnoloji proqramın hazırlanması, ilan zəhəri, onun tərkibindəki ayrı-ayrı fermentlərin biokimyəvi və farmakoloji xusiyyətlərinin öyrənilməsi, onların tətbiq sahələrinin araşdırılması, yeni məhsulların isthsalına dair texnologiyaların hazırlanması daxildir. Göstərilən istiqamətlərdə elmi-təcrübi tədqiqatların aparılması üçün müasir maddi-texniki bazanın (serpentari və volyerlər, biokimyəvi, farmakoloji, toksinoloji tədqiqatlar aparmağa imkan verən laboratoriya və s.) olması vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR