ABŞ-ın Merilend ştatında Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib

ABŞ-ın Merilend ştatında Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib
# 11 dekabr 2015 22:50 (UTC +04:00)

Bakı-APA. Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan Merilend Qida Bankına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü çərçivəsində Azərbaycan tərəfindən ianə edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Qida Bankının Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə (Nancy K. Smith) görüşü zamanı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyin müşaviri Məmməd Talıbov artıq üçüncü ildir ki bu xeyriyyəçilik aktının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi günü çərçivəsində keçirildiyini qeyd edərək, Ulu Öndərin sosial inkişaf və Azərbaycan xalqının rifahına daim göstərdiyini böyük qayğı barədə danışıb. O, Heydər Əliyevin siyasətini davam edən Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin tədricən yaxşılaşdığı, həmçinin yoxsulluq səviyyəsinin son 15-20 il ərzində kəskin dərəcədə azalaraq 6 %-dan aşağı olduğunu həmsöhbətin diqqətinə çatdırın.

Eyni zamanda Azərbaycan təmsilçisi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş bir milyona qədər həmvətənimizə Azərbaycan Hökuməti tərəfindən göstərilən qayğıdan söz açdı, onların yeni evlərlə təmin olunması üzrə müvəffəqiyyətlə həyata keçirilmiş proqramlar barədə bildirib.

N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan Hökumətinə böyük minnətdarlığını bildirib. Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini deyən N.Smit bunun olduqca yüksək qiymətləndirildiyini söyləyib. O bildirib ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylanılır (bu il 850 minədək), bundan əlavə təşkilat tərəfindən buraya müraciət edənlər üçün gələcəkdə işlə təmin olunmaları üçün müxtəlif təlimlərin keçirildiyini, və ümumiyyətlə bu təşkilatın məqsədinin ehtiyacı olan insanların yalnız qida ilə təmin edilməsi deyil, onların cəmiyyətə və tam normal həyata qayıtmasına yardım edilməsi olduğunu diqqətə çatdırıb. Bundan sonra Azərbaycanlı diplomata Merilend Qida Bankının Baltimor şəhərində yerləşən kompleksi nümayiş olunub, burada aparılan işlər və çalışan könüllülər ilə tanışlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR