Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayon sakini Cəfər Hacıyevi qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quliyev Nöhbala Ağadadaş oğlu istintaqa təhvil verilib və onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü C. Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti avqustun 4-də yol kənarında aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.