Ermənilərin atdığı mərmi partlayıb, 16 yaşlı Qazax sakini yaralanıb - YENİLƏNİB

Ermənilərin atdığı mərmi partlayıb, 16 yaşlı Qazax sakini yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 09 dekabr 2015 08:33 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Ermənilərin Azərbaycanın Qazax rayonuna atdığı mərminin partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

APA-nın yerlu bürosunun xəbərinə görə, Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Mərkəzdə yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR