ABŞ qırıcısı Böyük Britaniyada qəzaya uğrayıb

 ABŞ qırıcısı Böyük Britaniyada qəzaya uğrayıb
# 21 oktyabr 2015 15:10 (UTC +04:00)

Bakı - APA. ABŞ Hava Qüvvələrinə məxsus "F/A-18" çoxtəyinatlı qırıcısı Böyük Britaniya ərazisində qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Təyyarə Saffolk qraflığındakı Leykenxitdə yerləşən aerodromdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb və yaşayış məntəqəsi yaxınlığında yerləşən sahəyə düşüb. Pilot ölüb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarə Yaxın Şərqdəki hava əməliyyatlarından ABŞ-a geri qayıdan 6 "F/A-18 Hornet" qırıcısından biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR