Azərbaycanda yeni diridoğulma meyarlarına keçidlə bağlı brifinq keçirilib

Azərbaycanda yeni diridoğulma meyarlarına keçidlə bağlı brifinq keçirilib
# 27 yanvar 2016 08:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda yeni diridoğulma meyarlarına keçidlə bağlı brifinq keçirilib.

APA-nın xəbərinə görə, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, Azərbaycanın bütün səhiyyə müəssisələrində 2015-ci ilin yanvarın 1-dən yeni diridoğulma meyarlarının tətbiqinə başlanıb. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib ki, Azərbaycanda vaxtından əvvəl doğulan uşaqların 70 faizi hamiləliyin 33-34-cü, 20 faizi hamiləliyin 28-33-cü həftəsində doğulan körpələrdir: “Azərbaycanda qeyd olunduğu kimi, hamiləliyin 22-28 həftəsində doğulanlar da var”.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev Azərbaycanda ana ölümünün azaldılması istiqamətində islahatlar həyata keçirildiyini söyləyib. Səhiyyə Nazirliyinin baş neanatoloq Rüstəm Hüseynov isə bildirib ki, yeni diridoğulma meyarlarının tətbiqinə başlanması sahəsində Azərbaycanda qazanılan nailiyyətlər elə də pis deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR