Sabirabad sakinini elektrik cərəyanı vurub

Sabirabad sakinini elektrik cərəyanı vurub
# 14 noyabr 2015 13:17 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad sakinini elektrik cərəyanı vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Azadkənd kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Məmmədov Qasım Sərraf oğlunu elektrik cərəyanı vurub. Nəticədə Q. Məmmədov yanıq və digər xəsarətlər alıb. O, Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR