Qaradağ rayonunun bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır

Qaradağ rayonunun bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır
# 22 fevral 2016 14:28 (UTC +04:00)

Bakı - APA-Economics. Fevralın 23-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR