Natiq Əmirov: "Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlıq edəcək"

Natiq Əmirov: "Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlıq edəcək"
# 11 mart 2016 09:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd Azərbaycanda maliyyə sektorunun tənzimləmə çərçivəsini müasir qlobal çağırışlar fonunda yeni keyfiyyət müstəvisinə qaldırmaq, habelə real sektorun inkişafında aparıcı rola malik maliyyə institutlarının davamlı və dayanıqlı inkişafını təmin etməkdir.

APA-Economics” xəbər verir ki, bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

N. Əmirov deyib ki, Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta-kredit təşkilatları, o cümlədən bank və bank olmayan kredit təşkilatları, milli poçt operatoru, ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək: "Bu sahələr üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsi Palatanın yaradılmasının əsas məqsədlərindən biridir. Eyni zamanda, Mərkəzi Bank və Palata qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək, qanunvericilikdə müəyyən olunmuş formada məlumat mübadiləsi aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR